Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Hava kəskin dəyişəcək – Xəbərdarlıq

Hava kəskin dəyişəcək – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dak güclənəcəyi gözlənilir.

“Azinforum.az” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0 dərəcəyǝ yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Həmçinin oxuyun

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi …