Çərşənbə , İyun 16 2021
Ana səhifə / Sosial / Hava buludlu, çiskinli, küləkli olacaq – Proqnoz

Hava buludlu, çiskinli, küləkli olacaq – Proqnoz

Bazar günü gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Bakıda toya görə daha bir restoran icarədarı cərimələndi – VİDEO

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı …