Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Harvard məzunu Elton Məmmədovun yerinə namizəd oldu – Foto

Harvard məzunu Elton Məmmədovun yerinə namizəd oldu – Foto

YAP-ın parlament seçkiləri ilə bağlı məlum siyahısından sonra günlərdir hakim partiyanın namizədləri müzakirə olunur. Onlardan biri də namizədliyi 91 saylı Ucar seçki dairəsindən irəli sürülmüş Vüsal Hüseynovdur.
Ötən gün aznews.az saytı Vüsal Hüseynovun Prezident Aparatında çalışması ilə bağlı məlumat yaymışdı. Daha sonra sayt qeyd edirdi ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi və Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibidir.
“Qafqazinfo” isə Vüsal Hüseynovla bağlı maraqlı məlumat edib. Məlum olub ki, YAP-ın gənc namizədi Harvard universitetinin məzunudur. O, eyni zamanda BDU-nun Hüquq Fakültəsini bitirib.
Qeyd edək ki, Vüsal Hüseynov Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Bu arada məlumat üçün bildirək ki, hazırda sözügedən dairədən deputat Nəqliyyat naziri Ziya Məmədovun qardaşı Elton Məmmədovdur.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın