Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Sosial / “Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

“VAZ dairəsi”nin hərəkət sxemindəki dəyişiklik sürücülərin narazılığına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, onlar ünvana çatmaq üçün əlavə yol qət etmələrindən gileylənirlər.
Baku-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”nin hərəkət sxemində edilən dəyişiklikdən sonra körpünün üstünə qalxaraq sola – Xırdalan dönmək ləğv edilib. İndi bu yoldan istifadə edənlər Saray qəsəbəsinə doğru gedərək xeyli məsafə qət etməli və Xırdalana doğru geriyə qayıtmalıdırlar.
Bu da sürücülərin narazılığına səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsindən İctimai TV-yə bildirilib ki, indi tətbiq edilən dəyişiklik hələ tam deyil:
“Layihənin icrasının növbəti mərhələsində mövcud yol şəraiti istiqamətlər üzrə nəqliyyat axını tam təhlil olunaraq hərəkətin daha da təkmilləşdirilməsi istiqmətində əlavə işlərin görülməsi planlaşdırılıb”.
Sosial şəbəkə istifadəçisi Rövşən İsgəndərli isə iddia edir ki, sözügedən ərazidə qət edilən məsafənin 4 kilometr olduğu bildirilsə də, əslində bu belə deyil. Onun sözlərinə görə sözügedən məsafə 6 kilometrdir.
R. İsgəndərli iddia edir ki, yol bu hala hansısa “ağır çəkili” nazirin tapşırığı ilə salınıb.

Həmçinin oxuyun

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan …