Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Hansı həkimlərin maaşları artırılacaq? – Siyahı

Hansı həkimlərin maaşları artırılacaq? – Siyahı

Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.

17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək. Həmçinin, 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.

Həmçinin oxuyun

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib …