Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Hakimlərin maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq

Hakimlərin maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq

Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq.

Bu barədə Prezident İlham Əliyevinimzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında sərəncamda bildirilib.

Sərəncama əsasən, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdiriləcək, belə müdaxiləyə görə məsuliyyət artırılacaq.
Bundan başqa, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələri verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya ediləcək.
Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsi məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiləcək.
Məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılacaq və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbi müəyyən ediləcək.
Mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlar genişləndiriləcək.

Həmçinin oxuyun

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb …