Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / “Hakimiyyətin dəyişməsi çox ciddi təhlükəyə səbəb ola bilər” – Sərdar CƏLALOĞLU

“Hakimiyyətin dəyişməsi çox ciddi təhlükəyə səbəb ola bilər” – Sərdar CƏLALOĞLU

ADP sədri Sərdar Cəlaloğlu son günlər baş verən siyasi hadisələr barəsində Hafta.az-a müsahibəsində danışıb.

Azinforum.az həmin müsahibəni təqdim edir:

– Milli Şuranın 30 may mitinqini necə qiymətləndirirsiniz?

– Onlar qərar verdilər ki, mitinq keçirəcəklər və bunu da etdilər. Bir fikir var ki, deyirlər mitinq baş tutdu, yoxsa tutmadı. Hesab edirəm ki, əgər müəyyən sayda adam toplanıbsa və təşkilatçılar da meydana gəlibsə mitinq baş tutmuş sayılır. İnsanlar yığışıb, öz fikirlərini çatıdırıblar.

– Hazırkı siyasi vəziyyətdə mitinq vasitəsi ilə fikir çatdırmağı doğru hesab edirsiz?

-Hər bir partiyanın öz taktikası var. Hesab edirik ki, indiki beynəlxalq siyasi şəraitdə Azərbaycanda hakimiyyət dəyişməsi dövlətçilk və xalq üçün çox ciddi təhlükələrə səbəb ola bilər. Məsələn, Türkiyədə AKP ilə MHB arasında ciddi ziddiyətlər olmasına baxmayaraq, Ərdoğan xəstələndiyi zaman MHB sədri Devlet Bahçeli çıxış edərək bildiridi ki, çalışmalıyıq bu xəstəlik AKP-ni zəiflətməsin. Çünki onlar hesab etdilər ki, bu hal Türkiyə millətinin və xalqının maraqlarına ziddir. Dövlətçilik şüuru bax budur. Biz isə uşaq kimi düşünürük ki, hansısa partiya zəifləsin. Bu da göstərir ki, dövlətçilik şüurumuz zəifdir.

-Müxalifət iqtidarın dəyişilməsinin əleyhinə çıxmalıdır?

-Beynəlxalq konyukturanı nəzərə alarkən, buna rast gəlinir. Bu gün Azərbaycanda məhz o situasiyadır. Hakimiyyətin qalmasına çalışmalıyıq. Çünki indi beynəlxalq konyukturada Azərbaycanda yeni bir siyasətin aparılması təhlükəli nəticələrə səbəb ola bilər. İndi biz belə düşünürük, digər partiyalar isə hesab edirlər ki, Azərbaycanda hakimiyyət dəyişilməlidir. Hərə bir cür düşünür. Azərbaycan iqtidar-müxalifət münasibətlərində ən ciddi yanlışlıq bundan ibarətdir ki, hər iki tərəf aponentinə zərbə vurduğu zaman bunun dövlətə və millətə ziyanını nəzərə almır.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın