Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Hafiz Hacıyev: “Yanğında ölənlərə görə Hacıbala Abutalıbov həbs olunmalıdır”

Hafiz Hacıyev: “Yanğında ölənlərə görə Hacıbala Abutalıbov həbs olunmalıdır”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

O, publika.az-a açıqlamasında deyib ki, Hafiz Hacıyev nə dediyini özü də anlamır: “Mən o adamın nəyinə cavab verim? Hafiz Hacıyev dəlidir, axmağın biridir. Mən indi bu barədə onunla danışacağam”.

Modern.az saytına danışan Hafiz Hacıyev isə Hacıbala Abutalıbov haqda dediyi fikirlərin üstündə qaldığını deyib:

“Mən Hacıbala kimi adamın dediklərinə münasibət bildirmək istəmirəm. O, binada yanan insanların birbaşa qatilidir. Amma binaya üzlüklərin çəkilməsində onun heç bir xəbərinin olmadığını boynundan atır. O pulların hamısını Hacıbala yığıb. Bizim partiyanın qərargahı  yanan binanın yaxınlığındadır. Şəxsən onun özü gəlib həmin binalara baxıb, üzlükləri vuranlara isə təşəkkürünü bildirib. O qədər səviyyəsiz insandır ki, prezidentin yanında Bakıda tikilən binaların yerini bilmədiyini deyir. Amma həmin binaların pullarının hamısını özü alıb”.

Hafiz Hacıyevin fikrincə, binadakı yanğın zamanı ölənlərə görə Hacıbala Abutalıbov həbs olunmalıdır: “O üzlüklərin vurulmasında və gətirilməsində merin qardaşı birbaşa məsuliyyət daşıyır. Dəyən ziyanlar da onun tərəfindən ödənilməlidir. Onun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik etməsi Azərbaycan xalqı üçün təhqirdir. Həm də o cənab prezidentə xəyanət edir. Prezident verdiyi bütün suallara cavab olaraq heç nə bilmədiyini deyir. Onda belə çıxır ki, o ancaq pul yığmağı bacarır”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın