Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / Hafiz Hacıyev: “Sağ olsunlar ki, məni Trampla eyniləşdirirlər”

Hafiz Hacıyev: “Sağ olsunlar ki, məni Trampla eyniləşdirirlər”

“Tramp xalqının dilində danışdığı üçün onu prezident seçdilər”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Donald Trampın ABŞ prezidenti seçilməsinə münasibət bildirərkən deyib.

Partiya sədri onu Trampla eyniləşdirənlərə öz təşəkkürünü də bildirib: “Mən dəfələrlə demişəm, bütün cəmiyyətlər, xalqlar yeni ideyalar axtarışındadır və istəyirlər ki, xalqa yenilik gətirən, onun dərdinə qalan insanlar hakimiyyətə gəlsin. İstər Azərbaycanda, istərsə də digər xalqlar boşboğazlıqdan beziblər. İnsanlar rahat yaşamaq, öz dillərində danışan birini istəyirlər. O cümlədən də Tramp bu sahədə öz məharətindən istifadə etdi, çıxışlarında xalqı ilə öz dilində danışdı, digər mövzulara toxunmadı və bununla da xalqın rəğbətini qazandı, prezident seçildi. Sağ olsun mətbuat nümayəndələri ki, mənim prezident seçkilərindəki çıxışlarımı Trampın çıxışları ilə eyniləşdirirlər”.

Hafiz Hacıyev növbəti seçkilərdə prezident seçiləcəyinə əminliyini də vurğulayıb: “Tam əminəm ki, növbəti prezident seçkilərində Azərbaycan xalqının böyük dəstəyi ilə xalqımın yanında olacam, onların yediyi çörəkdən yeyəcəm, xalqı özümdən ayırmayacam. Mən prezident olduqdan 3 ay sonra Dağlıq Qarabağ məsələsini həll edib, paytaxtı Xankəndinə çevirəcəm”. (Musavat.com)

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …

Bir cavab yazın