Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Hadı Rəcəbli: “9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq”

Hadı Rəcəbli: “9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq”

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi. Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi.

Komitə rəhbəri prezidentin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdi: “Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklə 233 min nəfərin pensiyasında hissolunacaq dəyişikliyə gətirib çıxaracaq”. H.Rəcəbli bildirdi ki, bu dəyişikliklərdən sonra 9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: “Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu il 41 milyon manat, gələn il 49 milyon manat vəsait nəzərdə tutulur. Prezident Sumqayıt sakinləri ilə görüşdə də dedi ki, bu islahatlar, bu addımlar son deyil, davam edəcək”.

E.Paşasoy,

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …