Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Hacıbala Abutalıbov sürüşmə zonasına 4 ay möhlət qoydu: SONRA?

Hacıbala Abutalıbov sürüşmə zonasına 4 ay möhlət qoydu: SONRA?

Oktyabrın 12-də Səbail rayonu ərazisində – Badamdar şosesində baş vermiş sürüşmə ilə bağlı Bakının sabiq meri, hazırda baş nazirin müavini olan Hacıbala Abutalıbov problemin həlli üçün paytaxt sakinlərinə “vaxt verib”.  

Hacıbala Abutalıbovun mətbuata son açıqlamalaırndan aydın olur ki, hələ təqribən 4 ay da gözləmək lazım gələcək. Söhbət ondan gedir ki, sürüşmə ilə bağlı Azərbaycana dəvət olunan yapon mütəxəssisləri araşdırmanı hələ bitirməyib və nəticə üçün 4 ay lazımdır:“Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. 

Artıq yaponlar Fövqəladə Hallar Nazirliyilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar 5 istiqamətdə qurulmalı və 4 ay ərzində işləməlidir. 4 aydan sonra araşdırmaların hamısının nəticəsi olaraq, hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iyulun 1-də tam yekunlaşacaq”.

Sabiq mer konkret olaraq “gələn ilin iyuluna kimi problemin həllindən gözünüzü çəkin” demək istəyib və elə deyib də. Gələn il deyilən vaxta qədər ərazinin taleyi ilə yanaşı, həmin ətrafda yaşayan sakinlərə yaranan problemlərin necə həll olunacağı barədə isə susub. Çünki hər şey yapon mütəxəssislərin sözlərindən asılıdır. Onlar isə nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Bundan sonra baş naizirin müavininin “onsuz da söküləcək” dediyi evlərin taleyi həll olunacaq. İndidən belə qətiyyətlə danışan Hacıbala Abutalıbovun o evləri sökmək üçün yaponlara qoşulub gələn il mayın sonuna qədər gözləməsinə bir anlam verə bilməsək də, (bir halda ki, sabiq mer “onsuz da söküləcək” deyirsə, gözləməyin nə mənası?”) illərlə yerli mütəxəssislərin dediklərini bu dəfə də yaponlardan eşitmək görünür lazımlı imiş. Hər halda Hacıbala müəllimin sözlərindən belə aydın olur. Sabiq mer yaponların dili ilə “ərazidə böyük sürüşmələr gözlənilir” deyir, hansı ki, bunu yerli mütəxəssislər illər əvvəl – Bakının həmin ərazisi həddən artıq yüklənəndə və mer kimi Hacıbala Abutalıbov buna göz yumanda deyirdilər. Həm də təkcə demirdilər, həyəcan təbili çalırdılar. Tikintilərə icazə verilməməsini, kanalizasiya sistemi qurulmasını istəyirdilər, amma Hacıbala Abutalıbov bu səsləri eşitmirdi. İndi yapon mütəxəssislər deyir və baş naziirn müavini onların haqlı olduğunu düşünür. Mütəxəssis rəyi ilə bağlı kiminsə deyəcəyi nəsə yəqin ki, yoxdur.

Hər halda hər işin bir mütəxəssisi olduğu kimi sürüşmənin də öz ekspertləri var. Hərçənd ki, Azərbaycana dəvət edilən yapon mütəxəssisləri mətbuatın qarşısına çıxarıb indi Hacıbala Abutalıbovun dediklərini onların öz dilindən eşitdirmək daha yaxşı olardı. Amma “Hər bir vəzifəli şəxs mətbuatın salına cavab verməldiir”, – deyən sabiq mer nədənsə bunda o qədər də həvəsli görünmədi. Ona görə də indi yaponların nə dediyinə, nə düşündüyünə tərcümanlıq etmək vəzifəsini sevə-sevə yerinə yetirən Hacıbala Abutalıbovun söylədiklərinin məntiqi nəticəsindən belə çıxır ki, deyilən müddətə qədər həm villaların sökülməsini, həm ərazinin yükünü azaldacaq başqa tədbirləri gözləməyə dəyməz.

Bunları söylədikcə alternativlərdən danışmağı nədənsə “unudan” Hacıbala Abutalıbov azı 4 aylıq müddətdə həmin ərazinin, yolun yükünün hansı ərazi və ya yolun üzərinə qoyulacağını da açıqlamır. Belə çıxır ki, azı 4 ay əraziyə polis postu qurulacaq, alternativ yollardan istifadə məcburi olacaq və belə olan halda, həmin alternativ yolların əlavə yüklənməsinin növbəti problemlərə yol açmayacağına kimsə, o cümlədən baş nazirin müavini özü də yəqin ki, inanmır. Deməli, bir ərazidə problemi həll edərkən, başqa bir ərazidə problem yaratmaq ehtimalı da var və Bakının sözügedən ərazilərinin bu problemlər üçün olduqca “uygun” olduğunu nəzərə alsaq, güman ki, elə belə də olacaq.

Amma uzun illər Bakıya rəhbərlik etmiş Hacıbala Abutalıbov üçün bu problemlər növbəti mərhələnin işidir. İndilik isə o, Bakının sürüşmə ərazisindəki probleminin həlli üçün gözləməli olduğumuzu deyir, bu problemlər yaranıb günbəgün böyüdüyü zamanlarda susmağının səbəbinin üstündən isə sükutla keçir. Bakıya rəhbərlik etdiyi dönəmdə yaranan problemləri indiki vəzifə dəyişikliyindən sonra yıxmaq üçün “boyun” axtaran sabiq merin çabaları anlaşılandır.

Bəlkə indi evlərini tərk etməməkdə israrlı olan o villa sahiblərinin əlində elə Hacıbala müəllimin mer olduğu zamanlarda alınan daşdan keçən sənəd də var. İndi Hacıbala Abutalıbovun qətiyyətlə “onsuz da sökəcəyik” dediyi o evlər dövlət büdcəsinə neçəyə başa gələcək? Əgər tikinti qanunsuz aparılmışdısa, Abutalıbovun ayıq-sayıq qurumları bunu niyə görmürdü? Yox, əgər qanuni idisə, indi Abutalıbov “evlərdən çxımırlar” dediyi həmin şəxsləri buna vadar etmək üçün  büdcədən kompensasiya ayırmağın lazım gəldiyini necə deyəcək? Deyəsən,  Abutalıbov odla su arasında qalıb, bu 4 aydan həmin o odla sudan birini seçmək üçün möhlət kimi istifadə etmək niyyətindədir. Cebhe.info

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …