Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Bakı meri H.Abutalıbov publika.az-a açıqlamasında deyib ki, Hafiz Hacıyev nə dediyini özü də anlamır: “Mən o adamın nəyinə cavab verim? Hafiz Hacıyev dəlidir, axmağın biridir. Mən indi bu barədə onunla danışacam”.

Xatırladaq ki, bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev paytaxtın Azadlıq prospektində yanan binaya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu ittiham edib: ”

Hacıbala müəllim bilmir ki, onu gətirən kimdir? Bəyəm xəbəri yoxdur binalara hansı materiallar vurulur? Çox gözəl bilir. Sadəcə olaraq özünü bilməməzliyə vurur”.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın