Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / Hacıbəyovla Vurğunun büstləri baxımsız halda – Video

Hacıbəyovla Vurğunun büstləri baxımsız halda – Video

Bir neçə gündür ki, sosial şəbəkələrdə dahi bəstəkar Üzeyir Hacıbəyov və xalq şairi Səməd Vurğunun Bakıdakı büstlərinin baxımsız qalması ilə bağlı məlumat paylaşılır. Bildirilir ki, “Luna Park” kimi tanıdığımız Nizami adına mədəniyyət və istirahət parkındakı büstlər aşınmaya məruz qalıb. 

“Qafqazinfo” olaraq yolumuzu parkdan saldıq. Həqiqətən də bir zamanlar paytaxtın ən sevilən guşələrindən olan parkın istifadəsiz qalması görkəmli şəxslərə qoyulmuş büstlərin də vəziyyətini acınacaqlı edib.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Qafqazinfo”ya bildirib ki, hazırda “Ağ Şəhər” layihəsi ilə əlaqədar olaraq ərazidə tikinti işləri görülür. İşlər yekunlaşdıqdan sonra isə parkda köklü abadlıq işləri aparılacaq:

“Vəziyyətdən xəbərdarıq və heç də etinasız qalmamışıq. Sadəcə hazırda işlər getdiyindən bir müddətlik gözləyirik. Ərazidə tikinti tamamlandıqdan sonra abadlaşdırma işləri başlayacaq. “Ağ Şəhər” dünyanın ən yüksək layihələrindən biridir və ətrafda ona layiqli şəkildə abadlaşdırma işləri aparılacaq. Orada Nobel Qardaşlarının muzeyi də yerləşir. “Qara Şəhər”in içərisində çox gözəl bir məkan olub. Hazırda da yaşıllığa nəzarət olunur. Düzdür, söküntü işləri aparıldığından büstlər toz-torpaq olub. Ancaq yaxın zamanlarda geniş şəkildə əsaslı təmir gözlənilir. Ərazi sonradan “Luna Park” adlandırılıb. Hazırda az da olsa fəaliyyət göstərir”.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır, qısa zamanda açıqlama veriləcək.

Məlumat üçün bildirək ki, park 1882-ci ildə Lüdviq Nobelin təşəbbüsü ilə yaradılıb. Daha sonra bura Azərbaycan-İran birgə müəssisəsinin əyləncə attraksionları yerləşdirilib.

 






Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …