Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Hacı Madər Musayev yenidən mandat sevadsına düşüb – YAP-ı gözləmədi…

Hacı Madər Musayev yenidən mandat sevadsına düşüb – YAP-ı gözləmədi…

Bu il Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi prosesi davam edir.

Hazırda millət vəkili olan, həmçinin builki seçkilərdə namizəd olacaq bəzi nüfuzlu insanlar isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqlayacağı siyahını gözləyirlər.

“Qafqazinfo”ya daxil olan məlumata görə, YAP-ın siyahısını gözləmədən öz namizədliyini açıqlayan şəxslər də var. Onlardan biri də parlamentin ən uzunömürlü deputatlarından biri Hacı Madər Musayevdir.

Hacı Madər artıq sənədlərini MSK-ya təqdim edib. O, bitərəf deputat kimi hazırda təmsil olunduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Hacı Madər Musayev Azərbaycanda ən çox parlemantari təcrübəsi olan deputatlardan biridir. O, 2 çağırış SSRİ Ali Soveti dövründə, 4 çağırış isə Azərbaycan Milli Məclisinə deputat seçilib.

Maraq üçün onu da bildirək ki, Hacı Madərin Müsavatdan rəqibi partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıdır.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın