Ana səhifə / Sosial / Hacə Zeynalabdin Tağıyev qəsəbəsində bələdiyyə hoqqabazlığı… – İTTİHAM

Hacə Zeynalabdin Tağıyev qəsəbəsində bələdiyyə hoqqabazlığı… – İTTİHAM

Hacı Zeynalabdin Bələdiyyəsində sular yenidən bulanıb.

Bir zamanlar Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin katibə postunu tutan, hazırda isə Hacı Zeynalabdin qəsəbə Bələdiyyəsinin sədri olaraq çalışan Qasımova Əsli Nofəl qızı zaman-zaman yerli KİV-in diqqət mərkəzində olub.

Bu da təsadüfi deyil. Ə.Qasımova 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin katibə olduğu vaxtlarda adı dəfələrlə neqativ məsələlərdə keçib.

Onun adı heç bələdiyyə sədri olduğu dövrlərdə də yaxşı işlərdə hallanmayıb. Vaxtaşırı bu qalmaqallı bələdiyyə sədrinin ismi ən müxtəlif neqativ olaylarda çəkilir. Bir neçə ay əvvəl keçmiş bələdiyyə işçisi ilə qalmaqallı bütün manşetləri bəzəmişdir.

DİA.AZ xəbər verir ki, Əsli Qasımova barədə bəzi məlumatlar bəlli olub. Sən demə o, katibə postunu tutmaqla yanaşı həmin qəsəbənin 3 saylı uşaq bağçasında «ölü canlı» olduğu da sirr sayılmır. Çünki həmin uşaq bağçasına təsərrüfat şöbəsinin müdiri vəzifəsində işlədiyi sənədləşirilib. Lakin onun adı var, özü isə yoxdur. Hətta belə bir iddia da var ki, Qasımova hər ay 250 ştatın maaşını alaraq cibinə qoyurdu.

Məlumdur ki, ölkəmizdə 2019-cu il dekabrın 23-də Ümumxalq səsverməsi ilə Bələdiyyə seçkiləri keçirilmişdir. Keçmiş bələdiyyə sədri Məmmədov Elşən Mustafa oğlu insult xəstə olduğu müddətdə şəxsiyyət vəsiqəsinin sürətində göründüyü kimi 03.07.1995-ci il təvəllüdlü olan Əsli Qasımova Sumqayıt şəh. 2m/r ev 32/73, m. 16-da daimi pasport qeydiyyatına olaraq, həmin ünvanda yaşamışdır.

Qısa müddətdə Əsli Qasımova təcili şəxsiyyət vəsiqəsini dəyişərək Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini Haqverdiyeva Əsbəd Mustafa qızına məxsus Azadlıq küçəsi ev 24 -də pasport qeydiyyatına düşərək, bələdiyyə seçkiləri dövründə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb və bələdiyyə sədri seçilib.

Biz araşdıraraq məlum oldu ki, bu addımına görə Ə.Qasımova hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində göstərilir ki, seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan (qanunda “daimi” sözü götürəndə 5 il təşkil edir, 1 və ya 2 ay orda yaşamaqla daimi sayılmır) Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

Bəs bu hansı istisna tələblərinə uyuğun olmayaraq Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu fəsillərini əməl etməyərək Əsli Qasımova bələdiyyə sədri seçilib?

Aydın məsələdir ki, Əsli Qasımova Hacı Zeynalabdin Bələdiyyəsinin sədri elə belə olmayıb, burada kiminsə xüsusi rolu var? Elə buna görə də hər kəs qəsəbədə deyir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyevanın əli ilə seçilib. Bunun səbəbi isə bütün işləri özü aparsın.

Beləliklə, bu sual yenə açıq qalır ki, icra nümayəndəsi Lalə Hacıyeva hansı özəl “statusuna” görə Ə.Qasımovanı rəhbər vəzifəyə təyin edərək, ona “külli-ixtiyar” verib və necə ola bilər ki, qəsəbədə 5 il yaşamayaraq bələdiyyə sədri oldu? Maraqlıdır ki, Qasımova harda oturur – durursa, özünü Sumqayıt icra başçısının ən yaxın adamı, həm də qəsəbədə icra nümayəndəsinin kadr siyasətini yönəldən biri kimi təqdim edir.


Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …