Ana səhifə / Sosial / Həsən Əliyev küçəsinin bir hissəsi çökdü – FOTO

Həsən Əliyev küçəsinin bir hissəsi çökdü – FOTO

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib. “Report” xəbər verir ki, hazırda həmin istiqamətdə yol bağlanılıb. 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisə yolun kənarında, 1 kvadrat metr ərazidə, 1 metr dərinlikdə baş verib: “Çökməyə səbəb, çox güman ki, su və yaxud kanalizasiya sızıntısıdır. Hazırda yolda hərəkətə maneə yoxdur. Əraziyə həm su idarəsindən nümayəndələr, həm də bizim əməkdaşlar cəlb olunub”.

***

“Həsən Əliyev küçəsində yolun çökməsi su, yaxud kanalizasiya sızıntısı ilə əlaqədar deyil”. 

Bunu “Report”a Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində yolun çökməsi ilə bağlı məsələlərə aydınlıq gətirən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qurum əməkdaşları hadisə yerində işləyirlər: “Hazırda Nəsimi rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Aparılmış qazıntı və ölçmə işləri nəticəsində yolun çökməsinə su, yaxud kanalizasiya sızıntısının səbəb olmadığı müəyyənləşib”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …