Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Hərbçi intiharı silsilə xarakterli deyilsə, təşvişə ehtiyac yoxdur”

“Hərbçi intiharı silsilə xarakterli deyilsə, təşvişə ehtiyac yoxdur”

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının baş çavuşu Canmirzə Şirəliyev intihar edib. Horadizdə qulluq edən C.Şirəliyevin xidmət yerindən kənarda intihar etdiyi bildirilib. İlkin rəsmi məlumata görə, intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakupost.az -a hərbçi intiharları ilə bağlı danışıb.
O bildirib ki, bu intiharlar silsilə xarakter daşımırsa, təşvişə düşməyə ehtiyac yoxdur:
“Gündəlik həyatımızda intiharlar olduğu kimi hərbi hissələrdə, yaxud kənarda intihar edənlər ola bilir. Əgər bu, silsilə xarakter daşımırsa, mütəmadi hal deyilsə, çox böyük əndişəyə düşməyə ehtiyac yoxdur. Yəqin ki, baş çavuşun intiharı ilə bağlı məsələ ciddi araşdırılacaq”.

İ. Ağazadə “Tərtər işi” ilə bağlı da müəyyən məqamlara toxunub:
“Tərtər hadisələrinin araşdırılması ilə bağlı istintaq qrupu yaradılmazdan əvvəl Baş prokurora rəsmi müraciət etmişdim. Çox istərdim ki, məsələ obyektiv araşdırılsın. Bunun üçün çalışırıq ki, ictimai nəzarət mexanizmi daha güclü olsun. İstintaq bitməmiş konkret nəsə demək olmaz. Amma hər kəs bilir ki, orada cinayət olub, zərəçəkənlər, dünyasını dəyişənlər var. Onların hamısına hüquqi qiymət verilməlidir. Tərtər hadisəsi Azərbaycanda hüquq sisteminin olmamasının əyani sübutudur. Azərbaycanda hüquq-mühafizə, məhkəmə, prokurorluq sistemində çox ciddi problemlər olub, indi də var. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi şəkildə tədbirlər görülməlidir. Hökumət birinci islahatı məh bu sahələrdə aparmalıdır”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …