Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Həm maaş, həm də pensiya alan deputatlar, məmurlar…

Həm maaş, həm də pensiya alan deputatlar, məmurlar…

Parlament seçkilərinə iki gün qalıb. Modern.az saytı deputatların pensiya yaşı ilə bağlı maraqlı məqama toxunub.
 “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliklər və əlavələrə əsasən, pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində çalışdığı vəzifəyə görə aldığı aylıq maaşın 80 faizi məbləğində pensiya alır:
“Deputat, Milli Məclisin sədri, Milli Məclis sədrinin birinci müavini, Milli Məclis sədrinin müavini, Milli Məclisin komissiya sədri və ya Milli Məclisin komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin və ya Milli Məclisin komissiya sədri müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir”.
Azərbaycanda yaşa görə kişilərin 63, qadınların 60 yaşda pensiyaya çıxması nəzərdə tutulsa da, hazırkı parlamentin tərkibində bu yaş limitini çoxdan keçən deputatlar var.
Məsələn, 79 yaşlı Zeynəb Xanlarova, 77 yaşlı Fəttah Heydərov, 73 yaşlı Xanhüseyn Kazımlı, 87 yaşlı Cəlal Əliyev, 75 yaşlı Ziyad Səmədzadə, 77 yaşlı İlyas İsmayılov, 70 yaşlı Hüseynbala Mirələmov və digərləri. Siyahını xeyli uzatmaq mümkündür…
Araşdırma aparmadan belə nəticəyə gəlmək olur ki, bu deputatlar həm deputat olduqlarına görə maaş alır, həm də yaşa görə pensiyaya çıxıblar.
Bəs ümumiyyətlə Azərbaycanda həm rəsmi qurumlarda işləməklə maaş alan, həm də yaşa görə pensiya əldə edənlərin sayı nə qədərdir?
Dövlət Sosial Müdafiə Fondundan Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, pensiya yaşını tamamlamış, çalışan məmurların rəsmi statistikası yoxdur.
Eyni zamanda, qeyd olunub ki, 2015-ci il aprelin 1-nə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir:
“Onlardan 61,1 faizi yaşa, 25,9 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır. Aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir”.
Məlumatda deyilir ki, dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər:
“Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır”.

 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın