Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Həftəsonu paytaxtda ağac “soyqırımı”

Həftəsonu paytaxtda ağac “soyqırımı”

Həftəsonu paytaxtda hökm sürən güclü külək 40-a yaxın ağaca ziyan vurub.

Bununla bağlı Oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. 

O bildirib ki, 15 ağac kökündən qopub, 25-ə yaxın ağacın isə budaqları sınıb:

“Artıq aşan ağaclar ərazilərdən götürülərək, təmizlik işləri aparılıb. Eyni zamanda, güclü külək nəticəsində 50-dən çox ağac əyilərək, ətraf üçün təhlükəli vəziyyətə düşüb. Hazırda bununla bağlı işlər aparılır”.  

Orxan Məmmədov qeyd edib ki, bütün rayonlarda ağac aşmaları baş verib:

“Amma üstünlük daha çox Nəsimi və Yasamal rayonlarındadır. Belə ki, bu iki rayonda ağac aşmaları digərlərinə nisbətən çox olub”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …