Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Həsən Zeynalov Türkmənistana səfir göndərildi

Həsən Zeynalov Türkmənistana səfir göndərildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org saytı bildirir ki, sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Həsən Zeynalov bundan əvvəl Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışmış və və noyabrın axırlarında geri çağırılmışdı.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın