Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Sosial / Həsən Ruhani: “Qarabağ yüksəkliklərində toqquşmalar başlayanda…”

Həsən Ruhani: “Qarabağ yüksəkliklərində toqquşmalar başlayanda…”

İran prezidenti Həsən Ruhani bu gün Tehranda akreditə olunmuş xarici ölkə səfirləri qarşısında çıxışı zamanı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna toxunub.

İran prezidentinin rəsmi saytı xəbər verir ki, Həsən Ruhani Tehranın vaxtilə Qarabağda atəşkəsin əldə edilməsi üçün səylər göstərdiyini deyib. “O vaxtlar ki, İranın şimal sərhədləri yaxınlığında, Qarabağın yüksəliklərində Azərbaycanla Ermənistan arasında toqquşmalar baş verirdi, Tehran atəşkin dayandırılması və regionda sülhün yaranması üçün hər iki cəbhədə iştiraını təmin etmişdi”-Həsən Ruhani bildirib.

Virtualaz.org yaxın keçmişdə baş verənləri xatırladaraq qeyd edir ki, İranın Qarabağda atəşkəsin əldə edilməsində rolu həlledici olmayıb. Doğrudur, 1992-ci ildə Tehranda prezident Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov arasında atəşkəsə dair razılaşma imzalanıb. Lakin elə həmin gün erməni qüvvələri hücuma keçərək Şuşanı işğal etmişdi və nəticədə Tehranın münaqişədəki vasitəçilik roluna sarsıdıcı zərbə vurulmuşdu. Sonralar İran Ermənistanla Azərbaycan arasında vasitəçilik misiyasını üzərinə götürməyə hazır olduğu haqda dəfələrlə tərəflərə öz təkliflərini çatdırıb, ancaq həmin təşəbbüslər həmişə tərəddüdlə qarşılanıb.

Bununla belə İranın münaqişədəki rolu haqda danışarkən onun hərbi əməliyyatların Ermənistan üçün kritik dərəcədə ağır günlərində İrəvana təchizat dəstəyini yada salmaq olardı. Hansı ki, Ermənistan rəhbərliyi həmin ağır günlərdə İranın verdiyi bu dəstəyi həmişə minnətdarlıqla xatırlayır… (Virtualaz.org)

Həmçinin oxuyun

“Araz” marketdən yağ alan müştəri şoka düşdü – “Çox təhlükəli qidadır” – FOTO

“Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır. Bu barədə BakuPost-a paytaxt sakini Xanım …

Bir cavab yazın