İran prezidenti Həsən Ruhani Bakıda Rusiya prezident Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kömək göstərilməsi məsələsini müzakirə edəcək.
Virtualaz.org xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bildirib.
Nazir müavini RİA Novosti-yə açıqlamasında deyib ki, İran Putinlə birlikdə Ərdoğana “ Türkiyədə yaxşı şərtlərin yaradılması və problemlərin həlli üçün” kömək göstərmək istəyir. “Məqsədimiz onun düzgün qərar qəbul edə bilməsidir”-Rəhimpur deyib.
İran xarici işlər nazirinin müavinin sözlərinə görə, bu, İraq və Suriya məsələsinə aiddir. “Hesab edirəm ki, cənab Ruhani və cənab Putin cənab Ərdoğana kömək etməyə, onu dəstəkləməyə hazırdır”-Rəhimpur bildirib