Ana səhifə / Sosial / Hərbi səbəblə əlaqədar əlillik təyin olundu, əyani müayinə zamanı isə…

Hərbi səbəblə əlaqədar əlillik təyin olundu, əyani müayinə zamanı isə…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eskpertiza və Reabilitasiya Agentliyi bəzi sosial şəbəkə səhifələrində yayılmış videoda Quliyev Elşad Elbrus oğlunun ona əlillik təyin edilməməsi ilə bağlı narazılığı, səsləndirdiyi ittihamlara cavab verib.

Agentlik feysbukda bildirib ki, ötən illərdə Elşad Quliyevə hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib:

“Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər”.

Agentlik bildirib ki, bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb.

Həmçinin oxuyun

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

İyunun 20-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, …