Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Hərbi ekspertdən beynəlxalq təşkilatlara sərt İTTİHAM

Hərbi ekspertdən beynəlxalq təşkilatlara sərt İTTİHAM

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov şəhid əsgərimiz Çingiz Qurbanovun meyidinin Azərbaycana qaytarılmasına münasibət bildirib. Ekspertin sözlərinə görə, ermənilər əsgərimizin cənazəsini günlərlə özlərində saxladıqları, heç cür vermək istəmədiklərinə görə öz layiqli cəzalarını alacaqlar:
“Əziz dostlar! Hörmətli həmkarlar!
Nəhayət ki, ötən ilin dekabrın 29-dan Ermənistan faşistləri tərəfindən cansız bədəni girov saxlanılan şəhid əsgərimiz Çingiz Qurbanovun meydi bu gün Azərbaycan tərəfə qaytarıldı. Biz onsuz da bilirdik ki, gec-tez onlar məcbur olub əsgərimizin meydini qaytaracaqlar. Nə etdilərsə, özlərinə pislik etdilər. Cavabı çox sərt və amansız olmalıdır və olacaq.
Mən bir qədər əvvəl oxuduğum xəbərlərə baxıram. Pah, sanki şəhid əsgərimizin meydinin geri alınması üçün çalışanların siyahısında özlərinin adını salmaq üçün kimlər daha yoxmuş? Şəxsən məni ən çox qəzəbləndirən bu bivec və əxlaqsız ATƏT sədrinin şəxsi nümayəndəsi, polşalı cəsus Anjey Kasprşikin də adının o siyahıda olması idi.
Hörmətli siyasilərimiz və hərbçilərimiz! Gəlin özümüz-özümüzə hörmət edək. 40 gün idi ki, Azərbaycanda elə bir təşkilat, elə bir adam qalmadı ki, beynəlxalq qurumlara müraciət etməsin. Milli Məclisdən tutmuş, Ombudsmana kimi, millət vəkili Qənirə Paşayevadən tutmuş din xadimlərimizə kimi hamı xahiş, tələb və təkid edirdi ki, Vətən yolunda Şəhid olan əsgərimiz Çingiz Qurbanovun meydi geri qaytarılsın. 40 gün idi ki, gözləri kor olan, qulaqları kar olan beynəlxalq qurumlar indi sanki yarışa çıxıblar ki, guya onlar əsgərimizin meydinin geri qaytarılması üçün nə isə iş görürlərmiş. Xahiş və tələb edirəm, bəsdirin. Azərbaycan xalqı və onun Silahlı Qüvvələri bu müddət ərzində faşist ermənilər, onların havadarları tərəfindən yetərincə təhqirə, insanlıqdan kənar münasibətə məruz qaldılar. Nə tez biz unuduruq bu müddət ərzində olub-keçənləri. Mən başa düşürəm ki, yazdıqlarımı ola bilsin bizim bəzi “ağıllı başlar” tamam başqa cürə yozmağa çalışacaqlar. Amma bir azərbaycanlı, peşəkar zabit və Qarabağ döyüşlərinin iştrakçısı kimi etirazımı və nifrətimi bildirirəm həmin ATƏT-in Minsk qrupunun üzvü olan hiyləgər siyasət sərgiləyən dövlətlərin siyasi və hərbi rəhbərliyinə. Məhz onların himayəsi imkan verib ki, balaca bir Ermənistan bu gün Qafqazın ən böyük maddi,mənəvi, insani resurslarına malik ölkəsi olan Azərbaycan 20 ildən artıq bir müddətdir ki haqlı olduğu halda böyük ədalətsizliklə üz-üzə qalıb. Ona görə də, Şəhid əsgərimizlə bağlı bütün beynəlxalq qurumların, onların nümayəndələrinin guya nə isə etdiklərini qeyd edən şəxslərdən xahiş və tələb edirəm ki, bir millət, xalq və dövlət olaraq gəlin özümüzə hörmət edək.
Tanrı bütün Şəhidlərimizə rəhmət eləsin!
Şəhid balamız Çingiz Qurbanovun narahat ruhundan da üzr istəyərək demək istəyirəm ki, Sənin Vətən uğrunda şərəfli ölümün də bir daha bütün dünyaya mənfur Ermənistan adlı oyuncaq, başqaları tərəfindən idarə olunan dövlətin və onun miskin rəhbərlərinin iç üzünü açıb göstərdi. Ruhun şad, qəbrin nurla dolsun Şəhid Əsgərimiz! İnanıram ki, sənə düşmənin etdiyi hörmətsizlik onun özünə qalacaqdır. Azərbaycan Xalqı və Dövləti gec də olsa öz layiqli Şəhid Əsgərinə yüksək səviyyədə qiymət verəcəkdir”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın