Ana səhifə / Sosial / Hərbçimizin düşmən əlindəki cəsədi niyə hərbi yolla qaytarılmır? – EKSPERT

Hərbçimizin düşmən əlindəki cəsədi niyə hərbi yolla qaytarılmır? – EKSPERT

Artıq bir aya yaxındır ki, Ermənistan Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədini ölkəmizə qaytarmaqdan imtina edir. Rəsmi İrəvanın bu vəhşiliyi Azərbaycan tərəfindən bütün beynəlxalq təşkilatların diqqətinə çatdırılsa da, Ermənistan hələ də öz mövqeyində israr edir.
Maraqlıdır, Ç.Qurbanovun cəsədi ilə bağlı beynəlxalq təşkilatlara üz tutmaq, onlardan xahiş-minnət etmək əvəzinə bu problemi sırf hərbi yolla həll etmək mümkün deyilmi? Doğrudanmı regionun ən güclü ordusunun kəşfiyyat-diversiya qrupları hər hansı bir erməni hərbçisini oğurlayıb onun Ç.Qurbanovun cəsədi ilə dəyişilməsini təmin edə bilməz?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə belə bir addımın mümkün olduğunu vurğulasa da, beynəlxalq konvensiyaların bunu qadağan etdiyinə diqqət çəkdi:
“Təbii ki, belə bir addım atmaq, hansısa erməni hərbçisini ələ keçirib dəyişmək mümkündür. Amma məsələ ondadır ki, istər Azərbaycan, istərsə də Ermənistan vaxtiylə beynəlxalq Cenevrə konvensiyasına qol çəkib. Müddəaya görə əsir düşən mülki və hərbi adamlar, yaralılar, meyidlər, heç bir şərtsiz qaytarılmalıdır. I Dünya müharibəsindən bu günə qədər məlum konvensiya fəaliyyətdədir. SSRİ II Dünya müharibəsi zamanı bu konvensiyaya qoşulmadığı üçün əsir düşən sovet əsgərlərinə bu, şamil edilmirdi.
Hazırda Qırmızı Xaç Təşkilatı bu problemin həllinə çalışır. Ancaq Ermənistan tərəfi bu məsələdə Azərbaycanı şantaj edir. Əgər Azərbaycan tərəfi düşmən əlindəki hərbçimizin cəsədini qaytarmaq üçün qeyd etdiyiniz addımlardan hər hansı birini atsa, bu, o demək olacaq ki, Azərbaycan da hansısa qaydalardan çıxır. Belə olarsa, bu dalğanı dayandırmaq olmayacaq. Biz bu addımı atsaq, Ermənistan cavabında 2 meyid oğurlayacaq, biz 10 meyid oğurlayacağıq və s. Meyid dəyişmələri 90-cı illərdə baş verirdi. Bu çox zaman çox iyrənc formada həyata keçirilirdi. Meyid dəyişmə birmənalı surətdə olmamalıdır. Hər bir tərəf qarşı tərəfin meyidini təmənnasız şəkildə ona qaytarmalıdır”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın