Şənbə , Dekabr 3 2022
Ana səhifə / Sosial / Hərbçimiz icra idarəsində dünyasını dəyişib

Hərbçimiz icra idarəsində dünyasını dəyişib

Azərbaycan vətəndaşı Şahmurad Məmmədov borclu olduğu məhkəmə qərarının icrası işi ilə bağlı Sumqayıt Şəhər İcra İdarəsində olarkən qəflətən halı pisləşərək dünyasını dəyişib.

Belə ki, iyulun 7-də baş verən hadisəyə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova münasibət bildirib. Onun sözlərinə görə, idarənin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım briqadası çağırılıb, habelə ona ilkin tibbi yardım göstərilib.

Lakin tibbi müdaxiləyə baxmayaraq ürək xəstəliyindən əziyyət çəkən Ş. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

A. Sabitova deyib ki, baş vermiş qəfləti ölümlə əlaqədar Sumqayıt Şəhər Prokurorluğuna dərhal məlumat verilib və müvafiq araşdırma aparılır.

Bildirilir ki, məhkəmə qərarına əsasən Ş. Məmmədovun borcla bağlı ödənişi onun təqaüdünün (1.043 manat) cəmi 25 faizinə yönəldilib.

Ş. Məmmədov özü hərbçi olub, I Qarabağ müharibəsində iştirakçısıdır.

Həmçinin oxuyun

Hazırda Bakıda marşrut xətlərinin fəaliyyəti iflic olub

Hazırda paytaxt ərazisində bəzi marşrut xətləri üzrə avtobuslar xidmət göstərə bilmir.Bu barədə “Xaliq Faiqoğlu” şirkəti …