Ana səhifə / Sosial / “Hər üç nikahdan biri boşanma ilə nəticələnir” – Deputat

“Hər üç nikahdan biri boşanma ilə nəticələnir” – Deputat

“Son 3 ayda ərzaq və tikinti materiallarının qiyməti hədsiz artıb. Pandemiya zamanı insanlar işlərini itiriblər. 1292 nəfərə işsizlikdən sığorta ödənişi edilib. İşsiz əhalinin sayı kifayət qədər atrmaqdadır”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda sosial problem acınacaqlı vəziyyətdədir:

“Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Ancaq onların əksəriyyətinin qapısı bağlıdır”. Report

Həmçinin oxuyun

Ağdam sakini minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif …