Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Hər gün üçün 11 manat pul: Yeni rüsumlar təsdiqləndi – VİDEO

Hər gün üçün 11 manat pul: Yeni rüsumlar təsdiqləndi – VİDEO

12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir.

Söhbət xəstəxanada pasiyent yanında qalan şəxsin gündəlik ödənişindən gedir.

Qaydalara görə, xəstəxanalarda pasientin yanında qalan şəxs gündəlik olaraq 11 manat ödəniş edilməlidir.

TƏBİB-in şöbə müdiri Fatiq Həsənov “Xəzər Xəbər”ə müsahibəsi zamanı 12 yaşa qədər olan pasientlərin yanında yaxının qalmasının İcbari Tibbi Sığorta tərəfindən qarşılandığı halda, 12 yaşdan yuxarı şəxslərdə isə bu qaydanın fərqli olduğunu deyib.

Fatiq Həsənovun sözlərinə görə, sözügedən bu xidmət yalnız TƏBİB tabeliyində olan tibb müəssələrinə aiddir.

Qeyd edək ki, ödənilən məbləğə xəstə yanında qalan şəxsin qidalanması da daxildir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …