Çərşənbə , İyun 19 2019
Ana səhifə / Sosial / Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək

Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək

Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək.

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, final oyunu tam yekunlaşanadək stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: “Oyun 22:00-da başlayacaq gecə saatlarınadək davam edəcək. Amma bizdə qatarlar gecə saat 12-yə kimi işləyir. Bununla bağlı Təşkilat Komitəsinin müraciətinə əsasən stadiondan azarkeş axını bitənə qədər metropoliten işləyəcək. Oyundan əlavə vaxt ola bilər, penalti seriyası ola bilər, həmçinin mükafatlandırma mərasimi də nəzərə alınacaq. Buna görə qatarların hərəkəti gecə saat 4-ə qədər davam edəcək, bütün stansiyalara giriş bu saata qədər davam edəcək”.  

Daşınmanın gedişatında zərurət yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq:  “Bakı Metropoliteni”nin filan oyunu ilə bağlı tədbirlər planı var. Bizim könüllülərimiz sərnişinlərə, turistlərə mütəmadi olaraq metrodan istifadə, kartların alınması, balansın artırılması prosedurları barədə məlumat verəcək”.

Həmçinin oxuyun

Kərə yağı adı altında xalqa nə satılır?

“Hazırda ən böyük problemlərdən biri kərə yağı adı altında əslində, içərisində spred yağ qarışı olan …