Cümə , Yanvar 15 2021
Ana səhifə / Sosial / Hələ ki cərimə edilməyəcəksiniz – şöbə rəisindən açıqlama

Hələ ki cərimə edilməyəcəksiniz – şöbə rəisindən açıqlama

“Hazırda qeyd edilən standartlarla bağlı qanunvericiliyə əlavə də dəyişikliklərin edilməsi məsələsi aidiyyatı qurum və orqanlarda baxılmaq ərəfəsindədir. Bu nəzərə alınıb”.

Bunu avtomobillərdə yan və arxa şüşələrə pərdə və jalüzlərin vurulması qadağası məsələsinə aydınlıq gətirərkən Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

O qeyd edib ki, buna görə də Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə avtomobillərin arxa yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun imzası ilə telefonaqramma paylaşılmışdı.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyindən vaksinlə bağlı AÇIQLAMA

“Vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi …