Çərşənbə , İyul 6 2022
Ana səhifə / Sosial / Həftənin ilk iş günü hava necə olacaq? – PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.Sentyabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Həmçinin oxuyun

Sabah bu ərazilərə yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. …