Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / Həftənin ilk iş günü hava necə olacaq? – PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? – PROQNOZ

Ölkə ərazisində dekabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə duman, çiskin gözlənilir. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər və gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-11° isti olacaq.

Həmçinin oxuyun

Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə ATU-nun mətbuat katibi …