Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Həddini bil, sən kimsən?” – Ərdoğan əsəbiləşdi

“Həddini bil, sən kimsən?” – Ərdoğan əsəbiləşdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ generalı Cozef Votelə sərt reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, ölkə başçısı Gölbaşında Xüsusi Hərəkatı ziyarət edib. Ərdoğan çıxışında general Cozef Votelin Türkiyədəki hadisələrlə bağlı səsləndirdiyi fikirlərə sərt cavab verib:

“Biz hərbçisi, polisi və bütün millətimizlə 15 iyulda bir olduq, Türkiyə olduq. Dünya bu demokratiya keşiyini tutanları sadəcə izləyir. Bizə oralardan sadəcə keçmiş olsun deyirlər. Təəssüf ki, Amerikada mühüm mövqedə olan bir general ABŞ ordusunun Türkiyə ordusundakı xeyli sayda yaxın müttəfiqinin həbs olunduğunu deyir. İnsan bir az sıxılar. Bunun qərarını vermək sənin nə həddinə? Həddini biləcəksən, sən kimsən? Sən ölkəmdə baş verən çevriliş cəhdinin qarşısını alan dövlətə təşəkkür etmək əvəzinə qiyamçıların yanında yer alırsan. Onsuz da qiyamçı sənin ölkəndə, onu bəsləyirsiniz. Mənim millətimi heç vaxt inandıra bilməzsiniz”,-deyə bildirib.

Qeyd edək ki, ABŞ generalı Cozef Votel ABŞ ordusunun Türkiyə ordusundakı xeyli sayda yaxın müttəfiqinin həbs edildiyini açıqlayıb:

“Şübhəsiz ki, bir çox türkiyəli lider, xüsusilə də hərbi liderlərlə əlaqələrimiz var. Hadisələrin bu əlaqələrə necə təsir edəcəyi barədə narahatıq”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın