Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Həbslər bizi yolumuzdan döndərə bilməz” – Altay Göyüşov

“Həbslər bizi yolumuzdan döndərə bilməz” – Altay Göyüşov

REAL icraçı katibi Natiq Cəfərli dünən axşam saatlarında saxlanılıb.

Natiq Cəfərli Nəsimi Rayonu Məhkəməsinə aparılaraq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.

Natiq Cəfərlinin həbsinə etiraz edən REAL hərəkatı bu gün mətbuat konfransı keçirərək həbsə etiraz edib.

REAL hərəkatının idarə heyyətinin üzvü Altay Göyüşov bildirib ki, həbslər onları yollarından döndərməyəcək:

“Biz yalnız demokratik yollarla sivil mübarizə metodlarına üstünlük veririk. Bizim geri çəkilməyə yerimiz yoxdur. Həbslər bizi yolumuzdan döndərə bilməz. REAL öz işinə bundan sonra da davam edəcək.”

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın