Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Güzəştli mənzil almaq istəyənlərin nəzərinə: Satış başlayır – VİDEO

Güzəştli mənzil almaq istəyənlərin nəzərinə: Satış başlayır – VİDEO

Yaxın 1-2 ayda Hövsan yaşayış kompleksinin tikintisinə başlanılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib ki, yaşayış kompleksinin layihəsi yekunlaşmaq üzrədir.

Gələn ilin əvvəlində isə inşaat işlərinə başlanılması gözlənilir. Bunun üçün paytaxtın Suraxanı rayonunda 20 hektar torpaq sahəsi ayrılıb.

Kompleksin ərazisində tibb müəssisəsi və ictimai-iaşə obyektləri də tikiləcək. Bu məqsədlə özəl investorlarla danışıqlar aparılır.

Yasamal yaşayış kompleksində də ticarət mərkəzi tikiləcək. Yaxın zamanlarda bunun üçün 6-7 milyon manat özəl investisiyanın cəlb olunması gözlənilir. Yaşayış kompleksinə marşrut xətləri də çəkiləcək.

Yasamal yaşayış kompleksindəki ilk binalar 2018-ci ilin yay aylarında istifadəyə veriləcək. Mənzillərin satışına isə yaxın vaxtlarda başlanılacaq. Artıq alqı-satqı və ipoteka müqavilələrinin forması təsdiqlənib və elektron portalın satış modulu hazırlanır. Güzəştli mənzil əldə etmək üçün 8 mindən artıq müraciət var və 7300-ə yaxın şəxsi kabinet yaradılıb. Yasamal yaşayış kompleksindən güzəştli mənzil əldə edə bilməyənlərin Hövsanda inşa ediləcək kompleksdən mənzil almaq şansı olacaq.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …