Bazar , Sentyabr 20 2020
Ana səhifə / Sosial / Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq

Sabah Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə ediləcək.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə olunanlar bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı müayinədən keçiblər. Testlərin cavabı sabah səhər açıqlanacaq.

COVID-19 aşkarlanmayan şəxslərə 48 saat qüvvədə olacaq arayış veriləcək. Onlar sabah səhər səfirliyin binası qarşısından xüsusi ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Səfirlikdən bildirilib ki, təxliyə siyahısında yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Azərbaycana qayıtmalı olan uşaqlar və onların yaxın ailə üzvləri çoxluq təşkil edir.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxsin təxliyəsi təmin edilib.

Həmçinin oxuyun

Bakıda ağaclar budandı, sonra da tikinti işləri aparıldı – FOTO

Bakının Nərimanov rayonunda, Fətəli Xan Xoyski 98A ünvanında ağaclar əvvəlcə budanıb, sonra isə tikinti işləri …