Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Gürcüstanda iki azərbaycanlı “donuz qripi”nə yoluxub

Gürcüstanda iki azərbaycanlı “donuz qripi”nə yoluxub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

Report xəbər verir ki, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib. 

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur. 

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub. 

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir. 

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb. 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …