Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Sosial / Gürcüstanda COVID-19-a yoluxan azərbaycanlının vəziyyəti məlum oldu

Gürcüstanda COVID-19-a yoluxan azərbaycanlının vəziyyəti məlum oldu

Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqləndiyi şəxs 14 günlük müalicə kursunu başa vurub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gürcüstanın azərbaycanlı vətəndaşı olan həmin şəxs hələ sağalmayıb. Koronavirusla bağlı təkrar aparılan test müsbət nəticə verib.
Mərkəzdən qeyd olunub ki, pasiyentdə virus yükü azalsa da, test müsbət nəticələnib.
Qeyd edək ki, qonşu ölkədə koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda olandan sonra Azərbaycan vasitəsilə Gürcüstana qayıdan 50 yaşlı azərbaycanlıda aşkar olunub.
Bu günə qədər Gürcüstanda koronavirusa 23 yoluxma halı təsdiqlənib.

Həmçinin oxuyun

Sumqayıt – Bakı qatarında problem: 2 manata bilet alıb ayaq üstə qaldılar

Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb.Belə ki,  bjznes-klas vaqonu üçün sərnişinlərə ümumi …