Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır

Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayır.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, hərbi təlimlər iyunun 14-dək davam edəcək.

Gürcüstanda keçirilən “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın