Çərşənbə axşamı , Noyabr 20 2018
Ana səhifə / Sosial / Gürcüstan Azərbaycana enerji tədarükünü 2 dəfə artırıb – Rəsmi

Gürcüstan Azərbaycana enerji tədarükünü 2 dəfə artırıb – Rəsmi

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb. Çərşənbə günü ölkənin qəza səbəbindən işıqsız qalmış bölgələrinin təmin edilməsi üçün qonşu dövlətdən 2 milyon kVt/saatdan çox elektrik enerjisi alınıb.

Bu barədə Gürcüstanın “Elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.

ESCO-nun xəbərinə görə, 1 və 2 iyul tarixlərində Azərbaycana elektrik enerjisi tədarük olunmayıb, 3 və 4 iyul tarixlərində isə bu, ümumilikdə 3,1 milyon kVt/saatdan çox təşkil edib. Azərbaycana elektrik enerjisi tədarükü 330 kV-lik “Qardabani” hava xətti ilə həyata keçirilir.

Gürcüstan eyni zamanda çərşənbə axşamı Türkiyə və Ermənistana ixracı azaldıb. Çərşənbə günü Türkiyəyə ixrac bərpa olunub və 1,74 milyon kVt/saat təşkil edib. Çərşənbə axşamı Rusiyaya da tədarük eyni səviyyədə olub/Sputnik.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda kanalizasiyadan heyvan başları çıxarıldı – VİDEO

Bakının Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1 000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları …