Bazar , Noyabr 28 2021
Ana səhifə / Sosial / Gündəlik yoluxma 20 min olacaq? – VİDEO

Gündəlik yoluxma 20 min olacaq? – VİDEO

Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov koronovirus gündəmini dəyərləndirib. Onun sözlərinə görə, payızın da gəlməsiylə artmaqda olan yoluxma sayı daha ciddi statistik göstəricilərə gətirib çıxaracaq ki, bunun qarşısını almaq üçün indidən tədbirlər görmək mütləqdir.

Son günlər artan yoluxma sayı cəmiyyətdə ciddi təşviş yaradıb. Payız fəslinə xas olan bəzi xəstəliklərin koronavirusu şiddətləndirməsi ehtimalı da  nəzərə alınarsa bizi qarşıda heç də sağlam günlərin gözlədiyini demək olmaz. Millət vəkili Rəşad Mahmudov belə hesab edir:

Millət vəkili məktəblərin bağlanması ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə son günlər uşaqlar arasındakı yoluxma sayının artması onlayn təhsil barədə düşünməyin vaxtı çatdığından xəbər verir. Bu barədə  müzakirələrin aparılması vacibdir:  

Onu da deyək ki, bu virus insanların təkcə fiziki sağlamlığını yox, eləcə də psixoloji sağlamlığına da xələl gətirir, yaşam keyfiyyətini azaldır. Dünyada aparılan tədqiqatlar bunu deməyə əsas verir.

Görünən odur ki, artan statistika eləcə də son günlərin mənzərəsi bizi üzümüzə gələn qış aylarında da bu virusdan maksimum ehtiyatlı davranmağa və qorunmağa vadar edəcək.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …