Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / Gündəlik koronavirus statistikası açıqlandı

Gündəlik koronavirus statistikası açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib, aktiv xəstə sayı 53 210 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 017, ötən müddət ərzində isə ümumilikdə 4 517 734 test aparılıb.

Ötən gün ərzində koronavirus əleyhinə 85760 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37644 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7095693, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4287967, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2807726 təşkil edir.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …