Bazar , Oktyabr 17 2021
Ana səhifə / Sosial / Güclü yağış və külək olacaq – PROQNOZ

Güclü yağış və külək olacaq – PROQNOZ

Milli Hidrometeorologiya Xidməti​ gözlənilən hava şəraiti haqqında xəbərdarlıq yayıb. 

Oktyabrın 3-ü axşamdan 7-dək Bakıda və  Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 6-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında: oktyabrın 07-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

Bakıda güclü yanğın başladı: Alov ticarət mərkəzinə keçmək üzrədir (FOTO)

Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb. Qaynarinfo xəbər verir ki, hadisə metronun yaxınlığında baş verib. …