Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Güclü yağış elektrik şəbəkələrində fəsadlar yaradıb

Güclü yağış elektrik şəbəkələrində fəsadlar yaradıb

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb ve Cənub Regional Elektrik Şəbələrində bəzi fəsadlara səbəb olub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzVision.az-a bildirib ki, elektrik verilişi xətlərində qurumun əməkdaşları qabaqlayıcı təbdirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan ve Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamuddətli fasilə yaranıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …