Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Güclü külək dayanacağı aşırdı – Foto

Güclü külək dayanacağı aşırdı – Foto

Bakıda və Abşeron yarımadasında səhər saatlarından etibarən güclənən külək bir sıra fəsadlar yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində “köhnə bazar” adlanan ərazidə güclü külək dayanacağı aşırıb.

Sosial şəbəkələrdə hadisə yerindən foto paylaşılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında küləyin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi ilə bağlı xəbərdarlıq yaymışdı.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …