Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / “Grant Hospital”da daha bir ölüm:xəstə əməliyyat zamanı dünyasını dəyişdi

“Grant Hospital”da daha bir ölüm:xəstə əməliyyat zamanı dünyasını dəyişdi

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən “Grant Hospital”da baş verib.

1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.

Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün Bakıda “MedEra” hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.

Həmçinin oxuyun

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb …