Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Sosial / Göyçayda toyda kütləvi zəhərlənmə başverib

Göyçayda toyda kütləvi zəhərlənmə başverib

Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.

APA-nın məlumatına görə, rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Amma nədən zəhərləndikləri aparılan analizlərdən sonra daha dəqiq məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Simsiz qulaqlıq istifadə edənlərə xəbərdarlıq

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə …