Bazar , Sentyabr 22 2019
Ana səhifə / Sosial / Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb. 

Oxu.Az-ın bölgə müxbirinin əldə etdiyi videonu təqdim edirik.

20

Göyçayda eyni vaxtda bir yolda iki qəza baş verib. 

Digər qəzada iki “VAZ-21011” markalı avtomobil toqquşub. 
İki yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Hadisələr zamanı 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firudin oğlu, 1962-ci il təvəllüdlü Əhmədov Rəfael Yusif oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu, 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

20:01

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüyə yaxın ərazidə qeydə alınıb. Avtomobillər toy karvanına daxil olublar. 

“VAZ 2107” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hələlik xəsarət alanların adları məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Həmçinin oxuyun

Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid …