Ana səhifə / Sosial / Goranboy sakini zibili yandırdığına görə cərimələndi

Goranboy sakini zibili yandırdığına görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən verilən xəbərə görə, reyd zamanı Goranboy rayonunun Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanaraq yandırıldığı, ətrafa tüstü və iy-qoxunun yayıldığı aşkarlanıb. Araşdırma nəticəsində tullantıları Goranboy rayon sakini Baris Mövlayevin yandırdığı müəyyənləşib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimələnib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …