Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Gömrük Komitəsi Əsabil Qasımovun şirkətini yenidən cərimələdi

Gömrük Komitəsi Əsabil Qasımovun şirkətini yenidən cərimələdi

“Karmen” MMC-yə yenə cərimə protokolu yazılıb.

Şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Rauf Daşdəmirovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 16-na təyin edilib.

Xatırlatma: Daha əvvəl də şirkət barəsində eyni xətai ilə cərimə protokolu yazılmışdı.

Qeyd: “Karmen” MMC sabiq deputat Əsabil Qasımova məxsusdur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …